Türklərin Bakıda tikdiyi məscid İlham Əliyevin nəzarətindədir
AzVision.az-ın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
O bildirib ki, birbaşa İlham Əliyevin nəzarətində olan “Qardaşlıq” məscidinin hazırda inşası davam etdirilir:
“Həm məzhəblər arasındakı, həm də Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı təmsil edən məscidin 6 aya qədər açılması gözlənilir”,-deyə, komitə sədri əlavə edib.
Qeyd edək ki, Bakıda türk məscidinin inşasına dair razılıq Azərbaycan dövlət başçısı ilə 2011-ci ilin payızında keçirilən görüşdə əldə olunub. Məscidin inşasının maliyyələşdirilməsini hər iki tərəf həyata keçirir.
Məscid Binəqədidə tikilirk və 10 min kvadrat metr sahəni əhatə edəcək. Üç mərtəbədən ibarət olacaq məsciddə eyni vaxtda dörd min mömin ibadət edə biləcək. Məscidin xüsusi kitabxanası da olacaq.
Sevinc İltifatqızı