Sərdar Cəlaloğlunun keçmiş cəbhəçi ilə nə əlaqəsi?
Onun sözlərinə görə, Asəf Quliyev rəhbəri olduğu hərəkatın iclaslarının ADP-nin ofisində keçirilməsini xahiş edib.
““Xalq arzusu” hərəkatından xəbərim yoxdur. Xəbərim olmadığı bir hərəkata niyə dəstək verməliyəm ki? Nə Asəf bəy məndən dəstək istəyib, nə də ki bu barədə mənə məlumat verib. Sadəcə, bir qərargahda yerləşirik. Bizim hər birimiz ölkədə demokratiyaya xidmət ediriksə, təşkilatlanmasına da hər cür dəstək verməliyik. İslam, Kommunist partiyalarına da iclas keçirmək üçün yer vermişəm. Burada nə fərqi var ki, Asəf Quliyev də onlardan biri”.
Qeyd edək ki, yeni yaradılan “Xalq arzusu” hərəkatının ilk iclası dekabrın 1-də saat 12-də ADP-nin ofisində keçiriləcək.
Nihadə Eyyubova