AMEA doktoranturaya qəbul elan etdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2013-cü il tarixli sərəncamına müvafiq olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları sənədlərini təqdim edə bilərlər.
Sənəd qəbulu fəlsəfə doktoru hazırlığı üzrə dekabr ayının 20-dək, elmlər doktoru hazırlığı üzrə ilin sonunadək davam edəcək.
Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə qəbul imtahanları dekabr ayının 25-dən başlanacaq.
AzVision.az
Teqlər: