Rüstəm İbrahimbəyov Milli Şuradan istefa verdi
Rüstəm İbrahimbəyov `Milli Şura`nın sədrliyindən istefa verir. AzVision.az xəbər verir ki, bu barədə "Azadlıq" qəzetinə R. İbrahimbəyovun özü məlumat verib.
R.İbrahimbəyov deyib ki, o artıq `Milli Şura`ya bununla bağlı məktub göndərib: “Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır. Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir”.
R. İbrahimbəyov bildirib ki, o bununla bağlı artıq Cəmil Həsənli ilə danışıb və razılaşıb.