ABŞ səfirliyi 20 Yanvarla bağlı paylaşım edib

   ABŞ səfirliyi 20 Yanvarla bağlı paylaşım edib
  20 Yanvar 2025    Oxunub:416
ABŞ-ın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, Müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər Xiyabanını ziyarət edib. Paylaşımda deyilir:

“Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”,-deyə Müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti