Yüksək Texnologiyalar Parkının ilkin konsepsiyası hazırlanıb
MMC-nin direktor müavini Cəlal Rəhimov AzərTAc-a bildirib ki, “YT Parkı”nın ilkin konsepsiyayası hazırlanıb.
Qeyd olunub ki, parkın son dizayn-layihələndirilməsini keçiriləcək tenderin qalibi işləyib hazırlayacaq. Hazırda isə Parkın biznes planını daha mükəmməl hazırlamaq üçün dünyanın tanınmış məsləhətçi şirkətləri ilə görüşlər keçirilir. Eyni zamanda, dizayn-layihələndirilməsi, sahənin master-planı üzrə işləri görəcək şirkəti seçmək məqsədilə ilkin müsabiqə elan edilmişdir. Təxminən 2014-cü ilin may-iyun aylarında tender elan olunacaqdır.
Cəlal Rəhimov vurğulanıb ki, ərazidə Yüksək Texnologiyalar Parkının inzibati binası, inkubasiya mərkəzi, kiçik, orta və iri şirkətlərin ofisləri tikiləcək.
Bundan əlavə, Yüksək Texnologiyalar Parkının yerləşəcəyi ərazi şəhərdən 60 kilometrədək uzaqda olduğundan şirkətlərin əməkdaşlarının yaşayıb işləmələri üçün onlara lazımi şəraitin yaradılması nəzərdə tutulub. Ərazinin yaxınlığında yaşayış və sosial təyinatlı binalar tikiləcək.
Yüksək Texnologiyalar Parkında 8 min nəfər üçün iş yerinin açılacağı gözlənilir.
Teqlər: