Xamneyinin keçmişi İrana baş ağrısı olacaq
Məhkəmə bu qərarı toplanan qətllərə dair sənədlər əsasında çıxardığını bildirərək, siyasi məhbusların kütləvi qətlini Balkan müharibəsi zamanı Srebnitsada yaşayan Bosniya müsəlmanlarının məruz qaldığı qətliama bənzədib. Məhkəmənin İdarə Komitəsinin üzvü, ingilis əsilli tanınmış hüquqşünas Geoffri Nays “Independent” qəzetinə müsahibəsində bildirib ki, 1981-ci ildə ayətullah Xameyninin İrana rəhbərliyi bu ölkədə solçuların və İslama qarşı çıxan vətəndaşların həbsi və məhkəməsiz edamı ilə nəticələnib: “Önəmli odur ki, insanlar keçmişdə baş verən cinayətləri danışa bilirlər. İndi BMT də bu məsələ ilə bağlı araşdırmalar aparmaq üçün öz komissiyasını təşkil edə bilər”.
Teqlər: