Bakıda oğru və dələduz saxlanılıblar

Bakıda oğru və dələduz saxlanılıblar
  31 Mart 2025    Oxunub:979
Paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində bir nəfərə məxsus içərisində 960 manat pul, zinət əşyası, mobil telefon, sənəd və bank kartları olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, orada çalışan 18 yaşlı Ü.Şirinov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonunda bir nəfərin 4988 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı H.Vəliyev də saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti