Müəllimlərə “dərs dilənçiləri” deyən direktor işdən çıxarıldı

   Müəllimlərə “dərs dilənçiləri” deyən direktor işdən çıxarıldı
  01 Aprel 2025    Oxunub:703
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Agentlikdən bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Qeyd edək ki, müəllimlər direktorun onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırdığını bildirmişdilər.

AzVision.az



Teqlər:





Xəbər lenti