Taekvondoçularımız `Fujairah Open` turnirində

Taekvondoçularımız `Fujairah Open` turnirində
  23 Fevral 2014    Oxunub:1168
Azərbaycan taekvondoçuları “Fujairah Open” turnirində uğurla çıxış edib.

Gənclərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş “Fujairah Open” turnirində uğurla çıxış edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında yarışan millimiz 14 medal (6 qızıl, 4 gümüş və 4 bürünc) qazanıb.

Yarışda Anar Mehdiyev (45 kq), Məhəmməd Məmmədov (59 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (78 kq), Ceren Özbek (46 kq) və Gülsüm Gültəkin (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Zəlimxan Rəşidov (63 kq), Elnur Məhərrəmov (73 kq), Rəsul Kanamatov (78 kq-dan yuxarı) və Safiye Polat (49 kq) gümüş, Fizam Mehdiyev (51 kq), Rəvanə Dostəliyeva (55 kq), Zeyvi Kərimova (59 kq) və Gülhanim Yeşildal (63 kq) bürünc medala sahib olublar.


Teqlər:





Xəbər lenti