Kolizeyin zindanları ilk dəfə ziyarətçilərin üzünə açılır- FOTO

Kolizeyin zindanları ilk dəfə ziyarətçilərin üzünə açılır- FOTO
  26 İyun 2021    Oxunub:1817
Romada ilk dəfə olaraq ziyarətçilərin məşhur Kolizeyin qapalı hissəsinə girməsinə icazə veriləcək. Yeraltı bölüm(Zindan-red.) olan həmin ərazi uzun müddət təmirə qapanmışdı.
Azvision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Kolizeyin yeraltı bölümü qladiatorlar və vəhşi heyvanlar arenaya daxil olmamışdan əvvəl gözləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, 10 il davam edən bərpa işlərindən sonra ziyarətçilər xüsusi tikilmiş taxta platforma boyunca yeraltı dəhlizləri gəzərək arenaya xüsusi bir liftlə gedə biləcəklər. Bu zindana hipogey də deyilirdi. Orada əvvəllər şamlar yandırılıb. Lakin 2 min il ərzində daimi olaraq torpaq səviyyəsində dəyişikliyin yaranması səbəbindən artıq həmin əraziyə günəş işıqları düşməyə başlayıb.



Tural Tağıyev

Azvision.az



Teqlər: Kolizey  





Xəbər lenti