Azərbaycanda cinayətkar dəstə həbs edildi

Azərbaycanda cinayətkar dəstə həbs edildi
  20 Mart 2014    Oxunub:1298
Dəstə üzvləri Bilal Muradov, Rəsul Xudaverdiyev, Cəmil Əliyev və Cəmil Əzizov Qubanın Alekseyevka kənd sakinləridir.
Quba polisi rayonun müxtəlif kəndlərində sürücülərə qənim kəsilmiş gənclərdən ibarət mütəşəkkil oğru dəstəsini saxlayıb.

Dəstə üzvləri Bilal Muradov, Rəsul Xudaverdiyev, Cəmil Əliyev və Cəmil Əzizov Qubanın Alekseyevka kənd sakinləridir.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə məlumatı Quba rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əsgər Kazımov verib. Onun sözlərinə görə adı çəkilən şəxslər fevralın 10-dan martın 15-dək rayonun müxtəlif ərazilərində, xüsusən gecə vaxtı evlərin qarşısında dayanmış avtomobilləri söküblər. Daha sonra sökdükləri ehtiyat hissələrini Xudat şəhərində ayrı-ayrı şəxslərə satıblar. Maşının qalan hissələrini isə Xaçmaz və Xudat şəhərindəki metal qəbulu məntəqəsinə dəyər-dəyməzə veriblər.

Baş müstəntiqin sözlərinə görə, saxlanılan şəxslər Qubada 12 belə oğurluq hadisəsi törədiblər. Onlar təkcə Quba ilə kifayətlənməyərək qonşu rayonlara da əl atıblar. Belə ki, Xaçmaz rayonunda da bir neçə dəfə eyni oğurluq hadisəsini həyata keçiriblər.

Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Saxlanılan 4 nəfər haqqında həbs qəti imkan tədbiri seçilib. Onların digər oğurluq hadisələrində iştirakının olub-olmadığı araşdırılır. Kənd sakinlərindən oğurlanan avtomobillərin ehtiyyat hissələrinin tapılaraq sahiblərinə qaytarılması istiqamətində əməliyyat istintaq axtarış tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti