İnsan burnu 1 trilyon qoxunu seçə bilir

İnsan burnu 1 trilyon qoxunu seçə bilir
  22 Mart 2014    Oxunub:1409
Elm adamları insan burnunun 1 trilyon qoxunu ayırd edə bildiyini müəyyənləşdirib. Bu haqda "Sabah" qəzeti məlumat yayıb.Araşdırmanı ABŞ-ın Nyu Yorkdakı Rokfeller Universitetinin elm adamları aparıblar.

Burnun qoxuları necə seçə bildiyini öyrənmək üçün araşdırmalar çərçivəsində otdan limona qədər müxtəlif tərkibli 128 qoxu molekulundan istifadə olunub.

Qoxu molekulları qarışdırıldıqdan sonra araşdırmada iştirak edən insanlar onları qoxlayıblar. Alimlərin aparıdığı tədqiqat nəticəsində məlum olub ki, insan gözü 10 milyon rəngi, qulağı isə 500 min səsi bir-birindən seçmək qabiliyyətinə malikdir.


Teqlər:  





Xəbər lenti