Ərdoğan Bakıya, Əliyev İrana: nə baş verir?

Ərdoğan Bakıya, Əliyev İrana: nə baş verir?
  03 Aprel 2014    Oxunub:2050
Son günlərdə bölgədə maraqlı hadisələr cərəyan etməkdədir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel Bakıya gələrək, Prezident İlham Əliyevlə görüşüb. Ərdoğan seçkidən sonra ilk xarci səfərini Azərbaycana edəcək. İlham Əliyev Türkmənistan prezidentini ölkəmizə dəvət edib, özü isə İrana gedəcək. Bölgədəki bu səfərlər nədən xəbər verir?
- Rusiyanın Krımı özünə birləşdirməsindən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Proseslər həm müəyyən dividendlər, həm də təhlükələr vəd edir,- deyə siyasi icmalçı, millət vəkili Sahib Alıyev AzVision.az-a bildirib.

Onun sözləribə görə, ermənilərin cəbhə xəttində atəşkəsi intensiv pozmaları və bəzən də bunu azğıncasına etmələri göstərir ki, onları buna həvəsləndirən çevrələr var:
- Fikrimcə, Rusiya-Qərb qarşıdurması Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran kəmərlərin önəmini daha da artırıb. Həm də ona görə ki, bu kəmərlərlə təkcə Azərbaycan yox, Türkmənistan və hətta İran qazı da daşına bilər. Bunun reallaşmasında maraqlı olanlar olduğu kimi, olmayanlar da var. Ona görə də, bir tərəfdən ehtiyat tədbirlərinin görülməsi, digər tərəfdən isə intensiv çalışmalar tələb olunur.

`Ehtiyat tədbirləri` deyərkən ekspert ilk növbədə cəbhə xəttində erməniləri və onları buna sürükləyənləri hər hası bir ciddi təxribatdan çəkindirəcək addımların atılmasını və eyni zamanda, kəmərlərin təhlükəsizliyilə bağlı əlavə tədbirlərinin görülməsini nəzərdə tutur. Və xatırladır ki, yanvarın ortalarında perzident İlham Əliyevin NATO Baş Qərargahında apadığı danışıqlarda da diqqət mərkəzində olan əsas məsələ enerji infrastrukturlarının təhlükəsizliyi məsələsi idi.

- Çox ehtimal ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəlin Bakıya səfərində də bu məsələrin üzərində ayrıca dayanılıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə gəldikdə isə, heç şübhəsiz ki, bu səfərdə də üzərində çox dayanılan məsələ məhz hazırda yaranmış yeni geosiyasi reallıqda gərəkən birgə əməkdaşlıq olacaq. Hazırkı reallıq regionun eyni kökdən olan və yaxud da eyni mədəniyəti bölüşən ölkələri arasında daha sıx və daha səmimi əməkdaşlığı zəruri edir. Hazırda bunun üçün yaxşı fürsət yaranıb. Mənə elə gəlir ki, İranla Türkmənistan da bu fürsəti qaçırmamalı, Azərbaycanla Türkiyə arasında qurulmuş qarşılıqlı güvənə söykənən əməkdaşlığın nə dərəcədə hər iki tərəf üçün faydalı olduğunu görüb, onlar da buna getməlidirlər. Azərbaycan prezidentinin İrana səfərə hazırlaşdığını və ardınca da Türkmənistanın dövlət başçısıyla danışıqlar apacağını nəzərə alsaq, bu görüşlər öncəsi Türkiyə baş nazirinin Bakıya gəlməsinə həm də bu kontekstən yanaşılmalıdır,- deyə Alıyev vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, bu səfər təbii ki, Türkiyə liderinin Azərbaycana verdiyi önəmin və dövlt başçısı İlham Əliyevin regiondakı proseslərə təsirinin nə dərəcədə güclü olduğunu dəqiq qiymətləndirməsinin və bundan razı qalmasının göstəricisidir: “Bir sözlə, bir daha xatırladıram ki, hazırkı reallıq Azərbaycanla bərabər, adlaını çəkdiyim dövlətlər üçün müəyyən təhdidlərlə yanaşı, füsətlər də vəd edir. Və görünən budur ki, bu fürsətdən faydalanmaq üçün son bir neçə həftədə Azərbaycan rəhbərliyi olduqca intensiv danışıqlar aparır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti