“Müharibə xeyli uzana bilər” - Hərbi ekspert (Müsahibə+Video)

   “Müharibə xeyli uzana bilər” -    Hərbi ekspert (Müsahibə+Video)
  29 Aprel 2022    Oxunub:5299
Rusiya iddia edir ki, Ukraynadakı “xüsusi hərbi əməliyyatın” ikinci mərhələsi başlayıb. Aydın deyil ki, birinci mərhələ nə idi, orada hansı hədəfə çatıldı, nəyə əsasən başa çatmış sayılır? Rusiya prezidenti Vladimir Putin tez-tez təkrarlayır ki, “hərbi əməliyyatlar qarşıya qoyulmuş məqsədlərə çatılana qədər davam edəcək”. Bəs hazırda həmin məqsədlər nədir? İlkin planlar qüvvədədirmi?
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Rusiya ilkin planlarında ciddi dəyişiklik etməyə məcbur qalıb. İndi məqsədlər də fərqlidir, onlara çatmağın yolları da. Belə vəziyyətdə müharibə xeyli uzana bilər. Maraqlısı odur ki, NATO ölkələrinin Ukraynaya yardımı da məhz bunu təmin etməyə hesablanıb. Niyə?

Bu cür “niyə”lər çoxdur:

• Niyə Rusiya Kiyev ətrafından geri çəkildi?
• Niyə rus qoşunları Ukraynada çox ləng irəliləyirlər?
• Niyə Krımın ilhaqı vaxtı heç bir müqavimət göstərilməmişdi?
• Niyə ruslar Dnestryanıya dəhliz açmaq istəyirlər?
• Niyə NATO ölkələri Ukraynaya ancaq köhnə və zəif silahlar verirlər?
• Niyə Moskva çeçenləri irəliyə göndərir?

Sizi bu suallar ətrafında maraqlı bir söhbət gözləyir.



Vüsal Məmmədov
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmvədov


Teqlər: Müharibə   Ekspert  





Xəbər lenti