"Əslində Parqalı Hürrəmə aşiq idi"

"Əslində Parqalı Hürrəmə aşiq idi"
  18 Yanvar 2013    Oxunub:3756
Tarixçi Yavuz Bahadıroğlu Qanuni ilə bağlı yeni iddiaları ilə Türkiyə gündəminə bomba kimi düşüb.
“Möhtəşəm Yüz İl”in dünən ekranlara gələn yeni bölümündə İbrahim paşanın çoxdan gözlənilən edam səhnəsi baş tutub və Parqalı mövzusu yenidən Türkiyə mediasının gündəminə gəlib. Daha öncə “Qanuni öpüşməzdi” açıqlaması ilə səs-küy yaradan tarixçi Yavuz Bahadıroğlu, qatıldığı “2. Sayfa” proqramında maraqlı açıqlamalar verib. Bahadıroğlu: “Parqalı özünü sultandan üstün tutduğu üçün öldürülmədi. Tarixçi Solakzadənin iddiasına görə, İbrahim paşa Qanuninin həyat yoldaşı Hürrəm Sultanı qarşılıqsız bir eşq ilə sevirdi. Qanuninin bunu öyrənməsi Parqalının sonu oldu” deyib. Yavuz Bahadıroğlu "Hürrəm Sultan ilə Parqalı biri-birinə nifrət etmirdilərmi ?” sualına isə “Böyük sevgilər nifrətdən doğar” cavabını verib.

"Hürrəm Sultan, arqalının onu sevdiyini hiss etmişdimi” sualına “Əlbəttə” deyən Bahadıroğlu, “Hürrəm çox ağıllı qadın idi və əlbəttə bu sevgini hiss edirdi ancaq heç vaxt qarşılıq vermirdi. Çünki Hürrəmin gözü Qanuni və uşaqlarından başqa heç kimi görmürdü” deyə əlavə edib.Parqalının həyat yoldaşı Haticə sultanı sevmədiyini vurğulayan tarixçi bu nikahın Qanuninin təkidi ilə baş tutduğunu deyib. “Qanuni Parqalının nəsli kəsilsin deyə Haticə sultandan olan ikinci uşağını da boğdurub. Ancaq ümid edirəm serialda bunu görmərik”deyə, tarixçi fikirlərini tamamlayıb.


Teqlər:  





Xəbər lenti