Yevlax sahibkarlarının şansı var?

Yevlax sahibkarlarının şansı var?
  14 Fevral 2013    Oxunub:1860
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunun Aran qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
AzVision.az-ın məlumatına görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yevlax rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, istixana təsərrüfatlarının, müasir quşçuluq təsərrüfatının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu elan edib.
Qeyd edək ki, sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.


Teqlər:  





Xəbər lenti