Diaqnoz: “Dumskrollinq”

// Mənfi xəbərlər axını psixoloji problemlər yaradır

 Diaqnoz: “Dumskrollinq”
  17 Sentyabr 2022    Oxunub:5285
Texas Texnologiya Universitetinin (TTU) alimləri belə qənaətə gəliblər ki, pis xəbərləri oxumağa güclü həvəs sonda psixi və fiziki problemlərə gətirib çıxarır. Araşdırmanın nəticələri “Health Communication” jurnalında dərc olunub.
“Dumskrollinq” (ingiliscə: doom - ölüm, tale, Qiyamət, scroll - ekranda vərəqləmək) deyəndə İnternetdən gələn neqativ xəbərlərə aludəçilik nəzərdə tutulur. Bu fenomen koronavirus pandemiyası zamanı istifadəçilərin davranışında tendensiyaya çevrildi. 2022-ci ilin dumskrollinqi ilk növbədə Ukraynadakı münaqişə, dünyadakı geosiyasi gərginlik və iqtisadi böhranla əlaqələndirilir.
“X” kəpənəyə məğlub olur

TTU alimləri 1100 insanla söhbətləşərək, onların 16,5%-nin bəd xəbərlərin manyakal şəkildə istehlakına meylli olduğunu müəyyən ediblər. Rəyi soruşulanların 27,3%-i hesab edir ki, onlar bu cür məzmunları müəyyən həddə qədər qəbul edirlər. Daha 28,7%-i bununla bağlı heç bir problemi olmadığını, qalan 27,5%-i isə internetdən bəd xəbərlərin alınması problemini əhəmiyyətsiz hesab edib.


Dumskrollinq nə qədər təhlükəlidir? Tədqiqatçılar daha sonra aydınlaşdırıblar ki, birinci qrupdakı insanlar - narahatedici məqalələrə və media materiallarına aludə olanlar daha çox psixoloji və fizioloji pozğunluqlara məruz qalırlar. Onların 74%-i bu və ya digər mental psixi problemlərlərdən, 61%-i səhhətindən şikayət edib.

Tədqiqatçıların fikrincə, neqativ xəbər lentlərinin daimi izlənməsi bəzi insanları “yüksək həyəcan” keçirdir, nəticədə bu insanlar dünyanı “qaranlıq və qorxunc yer” kimi qəbul etməyə başlayırlar.

Nadir Quliyev
AzVision.az



Teqlər: Sosial-şəbəkə   Dumskrollinq  





Xəbər lenti