Pakistan qəzeti Mehriban Əliyevanın layihəsindən yazdı

Pakistan qəzeti Mehriban Əliyevanın layihəsindən yazdı
  06 May 2014    Oxunub:1451
Pakistanın ingilis dilində yayımlanan nüfuzlu “The İnternational News” qəzeti “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs edən “Azərbaycan Fondu Tankda su təchizatına başlayıbr” adlı yazı dərc edib.
Məqalədə layihənin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirildiyi vurğulanıb.

Yazıda Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundinin Pakistan əhalisinə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ərazi sakinlərinin adından dərin minnətdarlıq bildirilib.

F.K.Kundi, həmçinin Pakistan ilə Azərbaycan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışıb, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını bölüşüb.




Teqlər:  





Xəbər lenti