Dərmanların vahid qiyməti olacaq

Dərmanların vahid qiyməti olacaq
  14 Fevral 2013    Oxunub:2798
"Azərbaycanda apteklərdə dərmanların qiymət məsələsi uzun müddət səhiyyənin qarşısında duran əsas məsələlərdəndir".
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dünya ölkələrinin bir çoxunda, Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir: "Lakin qonşu ölkələrdə bu tətbiq edilmədiyi üçün, bizim müəyyən qədər çətinliyimiz var idi". Bunun üzərində Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi arasına birgə işin aparıldığını deyən E.Ağayev qeyd edib ki, yaxın gələcəkdə dərmanlara vahid qiymət tətbiq olunması istiqamətində aparılan işlər sürətləndiriləcək və həyata keçiriləcək. Nazir müavini vurğulayıb ki, bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində qiymət yazılacaq: “Burada topdan satış müəssisəsinin, aptek müəssisəsinin konkret, bəlli bir faizi olacaq. Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi vahid qiymət olacaq. Respublikanın regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq. Ola bilsin ki, ilk mərhələdə bu vacib preparatlara tətbiq olunsun. Sonradan isə yerdə qalan dərman preparatlarına tətbiq olunsun”. Bu məsələnin qanunvericiliklə tənzimlənəcəyini deyən E.Ağayevin sözlərinə görə, bunun üçün dərman preparatlarının ən ucuz və keyfiyyətli olduğu ölkələr nümunə kimi seçiləcək: “Həmin ölkələrlə müqayisəli şəkildə Azərbaycanda dərman preparatlarının qiymətinin Səhiyyə Nazirliyi tərəfindən deyil,Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur”.



Teqlər:  





Xəbər lenti