Qazaxıstan gələn qış qaz ixracını dayandıracaq

   Qazaxıstan gələn qış  qaz ixracını dayandıracaq
  27 Fevral 2023    Oxunub:1121
“Qazaxıstan gələn qış təbii qaz ixracını dayandırmağı planlaşdırır. Bu tədbir əhalinin və sənaye müəssisələrinin ölkənin daxili bazarına olan tələbatını ödəmək üçün lazım ola bilər”.
Bunu “QazaqQaz” Dövlət Enerji Şirkətinin İdarə Heyətinin sədr müavini Arman Kasenov bəyan edib. Yaxın vaxtlara qədər Qazaxıstan qazının əsas istehlakçıları bəzi Asiya və Avropa dövlətləri idi.Bununla belə, 2022-ci ilin sonunda Qazaxıstandan təbii yanacağın ixracının ümumi həcmi kəskin azalıb - 2021-ci ildəki 7,2 milyard kubmetrdən 4,6 milyard kubmetrə qədər.

“Qazaxıstan öz daxili bazarını tam təmin etmək üçün gələn qışdan təbii qaz ixracını dayandırmağı planlaşdırır. İxracın dayandırılması daxili qıtlığın qarşısını almağın yeganə yoludur. Bu il Qazaxıstan ən böyük olan Almatı şəhərini elektrik və istiliklə təmin etmək üçün kömür əvəzinə təbii qazdan istifadə etməyə başlamağı planlaşdırır”- Arman Kasenov bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti