Ukraynanın beynəlxalq ehtiyatları rekord həddə yüksəlib

Ukraynanın beynəlxalq ehtiyatları rekord həddə yüksəlib
  06 Aprel 2023    Oxunub:1091
Ukraynanın beynəlxalq ehtiyatları son 11 ildə rekord həddə çatıb və 31,9 milyard dollar təşkil edib.
Bu barədə Ukrayna Milli Bankının məlumatında deyilir. “2023-cü il aprelin 1-nə beynəlxalq ehtiyatlar, ilkin məlumatlara görə, 31,9 milyard ABŞ dolları təşkil edib. Bu, son 11 ildə rekord həcmdə ehtiyatdır”, - məlumatda deyilir.

Qeyd olunub ki, mart ayında xalis valyuta satışlarının azalması və beynəlxalq tərəfdaşlardan maliyyə daxilolmalarının artması hesabına ehtiyatlar 10% artıb.


Teqlər:





Xəbər lenti