Almaniyada nəhəng termonüvə reaktoru yaradıldı

Almaniyada nəhəng termonüvə reaktoru yaradıldı
  24 May 2014    Oxunub:1521
Almaniyanın Qrayfsvald şəhərində dünyanın ən böyük “Wendelstein 7-X” stellaratorunun (idarə olunan termonüvə sintezinin həyata keçirilməsi üçün reaktor) tikintisi başa çatıb. Bir milyard avrodan çox vəsaitin xərcləndiyi sınaq obyektin tikintisinə 2005-ci ildə başlanmışdı.
Reaktor maqnit sahəsi yaradaraq plazma ilə temperaturu 100 milyon dərəcə selsidə saxlayan və ümumi çəkisi 725 ton təşkil edən 70 yüksək keçirici çarxdan ibarətdir. Alimlər artıq 2015-ci ilədək sınaqlara başlamağı planlaşdırırlar. Fiziklər qurğuda plazmanı 30 dəqiqə ərzində saxlamaq niyyətindədirlər.

Hazırda dünyada iki perspektivli (tokomak və stellarator) termonüvə reaktor layihəsi mövcuddur. Hər iki qurğuda plazma maqnit sahəsi ilə saxlanılır, lakin tokomakda plazma cərəyanın ötürüldüyü toroidal naqil formasına malikdir, halbuki stellaratorda maqnit sahəsi kənar çarxlarla yönəldilir.

Termonüvə reaktorlarda ağır nüvələrin daha yüngül nüvələrə parçalanması prosesinin yer aldığı adi reaktorlardan fərqli olaraq ağır elementlərin yüngül elementlərlə (məsələn, helium hidrogen izotoplarından deyterium və tritium) sintez reaksiyası baş verir.

Almaniyada inşa olunan qurğu beynəlxalq sınaq termonüvə reaktoru layihəsinin (International Thermonuclear Experimental Reactor – ITER) rəqibi hesab edilir. Fransanın cənubunda Marsel şəhərinin 60 kilometrliyində inşa edilən “ITER” tokomakı dünyanın ən nəhəng termonüvə reaktoru olacaq.


Teqlər:  





Xəbər lenti