Tanınmış şirkətdə matəm elan edildi – ÖZƏL

Tanınmış şirkətdə matəm elan edildi – ÖZƏL
  13 İyun 2014    Oxunub:1072
Azərbaycanda indiyədək görünməmiş bir hadisə baş verib.

AzVision.az-ın əldə etdiyi eksklüziv məlumata görə, ölkə miqyasında şirniyyat məhsulları ilə populyar olan “Koroğlu” şirkətində 3 günlük matəm elan edilib. Buna səbəb kimi, şirkətdə çalışan işçilərin iyunun 11-də Naxçıvanda baş verən dəhşətli qəzada dünyasını dəyişməsi göstərilir.

Hadisə ilə əlaqədar adıçəkilən şirkətdə 3 gün iş olmayacaq. Rəhbərlik tərəfindən bu barədə göstəriş verilib.

Məlumatı AzVision.az-a adıçəkilən şirkətin əməkdaşları da təsdiq ediblər.

Qeyd edək ki, iyunun 11-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib. Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi yük maşını minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.

Dünyasını dəyişən şəxslər - Kübra Əliyeva, Ümid Əliyev, Uğur Əliyev, Hüseyn Hüseynov və Güllü Hüseynovadır. Onların “Koroğlu” şirkətində çalışdıqları bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti