ABŞ Ermənistan və Azərbaycana sülhlə bağlı çağırış etdi

   ABŞ Ermənistan və Azərbaycana sülhlə bağlı çağırış etdi
  14 Mart 2025    Oxunub:436
ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir. Qeyd olunub ki, bu addım hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək mühüm fürsətdir:

“Bu hər iki ölkə üçün Prezident Trumpın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir. İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək eləcə də Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”.

AzVision.az



Teqlər:





Xəbər lenti