Bundan əvvəl Ağ Ev administrasiyasındakı mənbəyə istinadən “Fox News” telekanalı ABŞ-nin sanksiyalara məruz qalan Rusiya bankları vasitəsilə bəzi əməliyyatların həyata keçirilməsinə icazə verən ümumi lisenziyanı yeniləmədiyini bildirmişdi.
Mənbənin dediyinə görə, bu addım Trampın Ukraynada müharibənin bitməsinə nail olmaq üçün apardığı danışıqlar taktikasının bir hissəsidir.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin de-fakto Ukraynada dərhal 30 günlük atəşkəs barədə Vaşinqtonun təklifini rədd edib. O, Rusiyanın ümumilikdə atəşkəslə “razılaşsa da, “nüanslar” olduğunu bildirib.
“Bu 30 gün necə istifadə olunacaq? Ukraynada məcburi səfərbərliyin davam etməsi üçün? Ora silah verilməsi üçün? Yeni səfərbər olunmuş bölmələrin təlim keçməsi üçün? Yoxsa bunların heç biri olmayacaq? Onda nəzarət və yoxlama məsələlərinin necə həll ediləcəyi sualı yaranır. Biz necə təminat ala bilərik ki, belə bir şey olmayacaq? Buna nəzarət necə təşkil olunacaq?”, - Rusiya prezidenti çoxsaylı suallar qoyub.
Qeyd edək ki, bundan əvvəl Vladimir Putinin beynəlxalq məsələlər köməkçisi Yuri Uşakov ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Stiv Uitkofla Moskvada keçirdiyi görüşdə Moskvanın “müvəqqəti barışığa” getməyəcəyini açıqlamışdı.
![]() |
Moskva: “Müvəqqəti barışıq olmayacaq” - VİDEO |
Bundan sonra tam bloklama sanksiyaları istisnasız olaraq Rusiyanın 9 bankına şamil ediləcək: VEB, Sberbank, FC Otkritie, VTB, Sovcombank, Alfa Bank, Rosbank, Zenit Bank və Bank Sankt-Peterburq. Qərar Rusiyanın Mərkəzi Bankına və Moskva Birjasının əsas hesablaşma strukturu olan Milli Klirinq Mərkəzinə də şamil edilir.
ABŞ-nin Maliyyə nazirliyinin rəsmisi bu banklara verilmiş lisenziyanın müddətinin hələ yanvarın 10-da bitdiyini deyib. Lakin martın 12-dək bu banklara Rusiyanın enerji resursları üzrə ödənişlərlə bağlı dollarla əməliyyatlar aparmağa icazə verilmişdi.
Maraqlıldır ki, Rusiya banklarına qarşı sanksiyaların yenidən sərtləşdirilməsinə baxmayaraq, eyni zamanda, ABŞ-nin Rusiya ilə gələcəkdə “Qazprom”la beynəlxalq layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etdiyi bildirilir.
Sahil İsgəndərov
AzVision.az