Vens Co Baydeni yatmaqda günahlandırıb - VİDEO

   Vens Co Baydeni yatmaqda günahlandırıb    - VİDEO
  14 Mart 2025    Oxunub:485
ABŞ-nin vitse-prezidenti Cey Di Vens keçmiş dövlət başçısı Co Baydeni onun həyat yoldaşı ölkəyə rəhbərlik edərkən yatmaqda ittiham edib.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Bizdə elə bir administrasiya olmayacaq ki, prezident hökumətin iclaslarında otursun, arvadı onları idarə edərkən yatsın və heç kim heç nə etməsin”, - Cey Di Vens bildirib.

Onun sözlərinə görə, belə reallıq ölkəni “fəlakətli” iqtisadi vəziyyətə, xüsusən də bir trilyon dollara çatan ticarət kəsirinə gətirib çıxarıb. Bu baxımdan, ABŞ-nin yeni prezidenti Donald Tramp əvvəlki kursu dəyişmək niyyətindədir.

- Prezident amerikalı işçiləri satan və Amerikanın iqtisadi gücünü məhv edən Vaşinqtondakı 40 illik uğursuz ikitərəfli razılaşmanı dəyişir”, - ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı, 2024-cü ilin iyun ayındakı debatda zəif çıxışındakı uğursuzluğunu Co Bayden yorğunluqla və “demək olar ki, səhnədə yuxuya getməsi” ilə əlaqələndirdi.

Amma hələ 2021-ci ilin avqustunda İsrailin o vaxtkı baş naziri Naftali Bennetlə mətbuat konfransında Bayden gözləri bağlı və başı aşağı əyilmiş halda onun qarşısında hərəkətsiz oturmuşdu.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vens   Bayden   ittiham  





Xəbər lenti