“Azercell” “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir

Müsabiqəyə ümumilikdə 107 komanda müraciəti qeydə alınıb, onlardan 91 komanda müsahibə mərhələsində iştirak edib, 26 komanda isə növbəti mərhələyə vəsiqə qazanıb. Yarışda Azərbaycanın aparıcı universitetlərinin 2, 3 və 4-cü kurs bakalavr və magistr tələbələri iştirak edəcəklər.
Müsabiqənin “Sessiyalar” (ABCC Sessions) mərhələsi çərçivəsində iştirakçılar üçün biznes analitikası və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlik təlimlər təşkil olunub.
15 mart tarixində ADA Universitetində layihənin sınaq təqdimatları (Mock Round), 5 Aprel tarixində isə yarımfinal və final mərhələləri keçiriləcək. Final turunda qalib adını qazanmış ilk 3 komanda müvafiq olaraq 8000, 4000 və 2000 AZN mükafata layiq görüləcək.
AzVision.az
Teqlər: