Sevgi 44 min dollara başa gəlir

Sevgi 44 min dollara başa gəlir
  14 Fevral 2013    Oxunub:1957
Araşdırmaların nəticəsi göstərib ki, sevgililər günü kanadalılara kifayət qədər baha başa gəlir
Kanada araşdırmaçıları “Müqəddəs Valentin” günü ərəfəsində, eləcə də ilk tanışlıqdan toya kimi sevgililərin biri-birlərinə nə qədər pul xərclədiklərini öyrənmək qərarına gəliblər. Məlum olub ki, sevgililərin xərclədiyi məbləğ 44 min ABŞ dolları təşkil edir.
Belə ki, tanışlıqlarının ilk bir ili ərzində cütlüklər əyləncə, güllər və yeni paltarlar üçün orta hesabla 7 min dollar xərcləyirlər. Nişan üçün təqribən 10 min dollar lazımdır ki, bunun da üçdə bir hissəsi brilyant qaşlı üzüyün payına düşür. 2 min dolarlıq gəlin paltarı, 5.4 min dollarlıq bal ayı da daxil olmaqla Kanadada toy isə orta hesabla 22 min dollara başa gəlir.


Teqlər:





Xəbər lenti