Gülər Əhmədova üzə çıxdı

Gülər Əhmədova üzə çıxdı
  20 İyun 2014    Oxunub:1001
Dünən tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın anasının cümə axşamı mərasimi olub. Mərasimdə Elnarənin sənət yoldaşları, ailə dostları iştirak ediblər.
AzVision.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, yas məclisinin sonunda heç kimin gözləmədiyi halda keçmiş deputat Gülər Əhmədova mərasimə təşrif buyurub. Bildirilir ki, Əhmədovanın yanında tanınmış-bəstəkar-şair Xanım İsmayılqızı da olub. Əslində, şərti azadlığa buraxılmış G.Əhmədovanın kiminsə yas mərasimində iştirak etməsində qeyri-adi nəsə yoxdur. Sadəcə Əhmədova və yaxınları mətbuata açıqlamalarında bildirmişdilər ki, sabiq deputat müalicə alır və heç yerə getmir.

Qeyd edək ki, xanəndənin 78 yaşlı anası Süsən xanım iyunun 9-da dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti