İmtahan nəticələri açıqlandı

TQDK-dan əlavə ediblər ki, 9 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırırıq ki, istər 9-cu sinifi bu il bitirən, istərsə də əvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır.
Daha ətraflı məlumatlar 3 saylı "Abituriyent" jurnalında dərc olunub.
Sevinc İltifatqızı
AzVision.az