Milli Məclisdən Statistika Komitəsinə etiraz

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik statistik məlumatları qaydaları və qanunauyğun şəkildə çatdırmayan təşkilatlara kəsilən cərimənin miqdarının artırılmasını nəzərdə tutur. Bu da təbiidir, başadüşüləndir. Mənim bununla bağlı bir sualım var, əgər Komitə statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər. Hər halda belə hallar mövcuddur”.
Deputat Sabir Rüstəmxanlı da həmkarının fikirlərini dəstəkləyib. Bildirib ki, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır.
“Statistika Komitəsinin məlumatı ya yanlış olur, ya da insanların hissiyyatına toxunan formada verilir. Əhalinin son siyahıya alınması zamanı açıqlanan statistik məlumatlar buna bariz nümunədir. Bu məsələlərlə aydınlıq gətirilməlidir”.
Sevinc İltifatqızı