Azərbaycanda nə qədər işsiz var? - ÖZƏL

Azərbaycanda nə qədər işsiz var? - ÖZƏL
  20 İyun 2014    Oxunub:1242
Azərbaycanda işsizlərin rəsmi sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən özəl məlumata görə, Azərbaycanda iki yüz mindən çox insanın işə ehtiyacı var.

Komitədən həmçinin bildirilib ki, 2014-cü ilin iyun ayının 1-nə olan vəziyyətə görə, ölkə üzrə işsizlərin sayı 236,9 min nəfər təşkil edib.

Qeyd edək ki, bu ilin martın 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 764,7 min nəfər olub, onlardan 4 528,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti