Bakıda daha bir avtobus qəzası: 8 yaralı

Bakıda daha bir avtobus qəzası: 8 yaralı
  20 İyun 2014    Oxunub:1086
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 8 nəfər yaralanıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda "Meyvəli" Ticarət Mərkəzinin yaxınlığında 196 saylı xətt avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 8 nəfər xəsarət lalıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Yaralılardan 4 nəfəri Akademik M.Mirqasımov adına Respublika Klinik Mərkəzə, digər 4 nəfəri isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda yaralıların vəziyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı yol polisi hadisə yerində araşdırma aparır.


Teqlər:  





Xəbər lenti