Bina yanır: sakinlər təxliyə edildi

Bina yanır:  sakinlər təxliyə edildi
  21 İyun 2014    Oxunub:950
Sumqayıt şəhərində, 13-cü mikrorayon, bina 53 D-in birinci mərtəbəsində yaşayanlardan birinin ehtiyatsızlığı ucbatından yanğın başlayıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə təxminən bir saat öncə baş verib.

Yanğın binanın kabellərini sıradan çıxarıb. Sakinlərin təşvişə düşdüyü deyilir.

Şahidlərin sözlərinə görə, hadisə yerinə 2 yanğınsöndürən maşın gəlib, insanlar evakuasiya edilib.

İlkin məlumata görə, xəsarət alan yoxdur.


Teqlər:  





Xəbər lenti