Bakıda vəhabilərə pul verənlərin SİYAHISI

Bakıda vəhabilərə pul verənlərin SİYAHISI
  21 İyun 2014    Oxunub:1325
Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki məsciddə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən vəhabilərə qarşı keçirilmiş əməliyyatla bağlı maraqlı təfərrüatlar məlum olub.
AzVision.az xəbər verir ki, əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin qafqazinfo-ya verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul vəsaiti çıxıb. Həmçinin, əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftərçə də aşkarlanıb.

Bundan başqa, pul və dəftərçə kimi çoxlu sayda qadağan olunmuş ədəbiyyat da müsadirə edilib.

Əməliyyatda iştirak etmiş şəxs onu da deyib ki, bu gün mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər vəhabi saxlanılıb.


Teqlər:  





Xəbər lenti