İcra başçısı əhaliylə görüşdü

İcra başçısı əhaliylə görüşdü
  16 Aprel 2013    Oxunub:2354
Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Məhsəti qəsəbəsində sakinlərlə görüşüb. Bu,qəsəbə sakinlərilə keçirilən dördüncü səyyar görüşdür.
Görüşdə icra başçısı vurğulayıb ki, qəsəbədə yaşayan insanların vaxtilə inşa etdirdikləri evlərin çoxu sənədsizdir. Ölkə başçısının tapşırığı ilə həmin evlərin sənədləşməsi qaydaya salınıb, bununla da sakinlər bir çox problemlərdən azad olublar. Sonra Elmar Vəliyev 50 nəfərə yaxın sakinə vaxtilə tikdirdikləri evlərin sənədlərini təqdim edib, bir qrup sakinə isə ehtiyacları nəzərə alınaraq, torpaq sahəsinin ayrılması barədə sərəncam verib.

Gəncəyə səfər edən ABŞ-ın Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə struktur bölməsinin rəhbəri Jastin Fridmanın başçılıq etdiyi nümayəndə heyəti də səyyar qəbulda iştirak edib və tam demokratik şəraitdə keçən bu mərasimdən razı qaldıqlarını bildirib.

Sonra qəsəbədə yenicə vurulmuş artezianın açılışı olub.

Ölkə başçısı tərəfindən imzalanan sərəncamla qəsəbə statusu alan Gəncənin Məhsəti qəsəbəsinin siması son bir neçə ayda xeyli dəyişib. Problemlərinəksəriyyəti, aradan qaldırılıb, sakinlərin rahatlığı təmin edilib. Belə ki, ictimai nəqliyyatın intensiv gediş-gəlişi qaydaya salınıb, yollara asfalt döşənib, işıq dirəkləri basdırılıb.

Artıq sakinlər təqaüd və məvaciblərini almaq üçün uzağa getmirlər. Eləqəsəbədəki poçt şöbəsində quraşdırılmış bankomat işi asanlaşdırıb. Qəsəbənin telefonlaşdırılması sürətlə davam edir. Su qıtlığının aradan qaldırılması üçün mövcud artezianlardan biri bərpa edilib və daha iki yeni artezian vurulub.












Teqlər:  





Xəbər lenti