Sürücülərə xəbərdarlıq: yol bağlanacaq

Sürücülərə xəbərdarlıq: yol bağlanacaq
  21 İyun 2014    Oxunub:874
İyunun 21-dən 22-nə keçən gecə paytaxtın Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol təmir işləri ilə əlaqədar bağlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Bildirib ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.

Köməkçi yolda işlər təxminən 7-10 gün ərzində başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri aparılacaq.


Teqlər:





Xəbər lenti