Məşhur futbolçu psixiatrik xəstəxanaya yerləşdirilib

Məşhur futbolçu psixiatrik xəstəxanaya yerləşdirilib
  09 Yanvar 2024    Oxunub:1530
Fransanın PSJ və Argentina yığmasının sabiq hücumçusu Esekyel Lavessi qadağan olunmuş maddələrin istifadəsinə görə psixiatrik xəstəxanaya yerləşdirilib.
Xarici KİV-in yaydığı məlumata görə, Lavessinin ailəsi də futbolçunun psixotrop dərmanlarla problemləri olduğunu təsdiqləyib.

Futbolçunun dekabr ayında baş verən, nəticədə körpücük sümüyünün sındığı ailə münaqişəsinin təfərrüatı da ortaya çıxıb.

Lavessi birdən çox əsəbiləşib. Başında səslər eşitməyə başlayıb və kiminsə onu izlədiyini düşünüb. O bundan çox qorxub. Qayçı ilə özünə zərər verməyə cəhd edəndə qardaşı onu sakitləşdirmək istəyib, nəticədə Lavessinin körpücük sümüyü sınıb.

AzVision.az



Teqlər: Futbolçu  





Xəbər lenti