İİV-ə yoluxanların sayı açıqlandı

Bu ilin 5 ayı ərzində Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxma hallarının 25,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə isə 1992-ci ildən 2014-cü il iyunun 1-dək yoluxma hallarının 55,1% inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
İyunun 1-i tarixinə ümumilikdə 2040 nəfər İİV/QİÇS-li xəstə ARV-terapiyaya cəlb edilib. Onlardan 269 nəfəri 2014-cü il ərzində ARV-terapiyaya olunub. Yeni cəlb olunanlardan 82 nəfəri inyeksion narkotik istifadəçiləridir. ARV-terapiyaya ümumi cəlb olunan 2040 nəfərdən 1103 nəfəri inyeksion narkotik istifadəçiləridir və onlardan da 449 nəfəri penitensiar sistemində ARV-terapiyaya qoşulub.