“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb
Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub.
Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.
Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.
AzVision.az
Teqlər: