Komanda yoldaşını vurduğu üçün “Turan Tovuz”dan qovuldu

Komanda yoldaşını vurduğu üçün “Turan Tovuz”dan qovuldu
  06 Fevral 2024    Oxunub:1583
“Turan Tovuz” klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün dörd oyunluq diskvalifikasiya etmişdi.
AzVision.az



Teqlər:





Xəbər lenti