Avropa çempionatı: İki güləşçimiz finala yüksəlib

   Avropa çempionatı:    İki güləşçimiz finala yüksəlib
  12 Fevral 2024    Oxunub:1439
Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
AzVision.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.

Murad Məmmədov (63 kiloqram) rusiyalı Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.

Azərbaycanın digər təmsilçisi İslam Abbasov (87 kiloqram) Serbiya təmsilçisi Aleksandr Komarova uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Yarımfinalda türkiyəli Rza Kayaalpa məğlub olan Beka Kandelaki (130 kiloqram) də üçüncü yer uğrunda mübarizə aparacaq.

1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə yenilən Sənan Süleymanov (77 kiloqram) rəqibi finala yüksələ bilmədiyi üçün turniri medalsız başa vurub.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti