MDB İqtisadi Şurasının növbəti iclası yayda Moskvada keçiriləcək

   MDB İqtisadi Şurasının növbəti iclası yayda Moskvada keçiriləcək
  29 Mart 2024    Oxunub:1146
MDB İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək.
Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib. "Biz MDB İqtisadi Şurasının növbəti, 102-ci iclasını iyunun 21-də Moskvada keçirmək barədə razılığa gəldik", - o, İqtisadi Şuranın geniş formatlı iclasında çıxışı zamanı deyib.

Bu gün Moskvada Birlik İqtisadi Şurasının 101-ci iclası baş tutub, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib. İclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib və Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti