Tramp: “Aİ Çindən pis mövqe sərgiləyir”

      Tramp:    “Aİ Çindən pis mövqe sərgiləyir”
  13 May 2025    Oxunub:463
Avropa İttifaqı (Aİ) çox vaxt ABŞ ilə Çindən daha “pis” davranır.
AzVision.az xəbər verir ki, Amerika prezidenti Donald Tramp Ağ Evdə ABŞ ilə Aİ arasında ticarət əlaqələrini şərh edərkən belə deyib. Vaşinqtonla Pekin arasında əldə olunan ticarət razılaşmasına diqqət çəkən Ağ Evin rəhbəri Aİ-nin bir çox cəhətdən Çindən daha pis rəftar nümayiş etdirdiyini söyləyib.

“Onlar əhəmiyyətli dərəcədə güzəştə gedəcəklər. Görəcəksiniz. Biz bütün güclü kartları əlimizdə saxlayırıq. Onlar bizə çox ədalətsiz yanaşırlar”, - Donald Tramp vurğulayıb.

Ağ Evin rəhbəri xüsusilə Aİ-dən ABŞ-yə avtomobil və kənd təsərrüfatı məhsullarının tədarükünə diqqət çəkib.

Trampın Avropa mallarına tətbiq etdiyi rüsumların aradan götürülməsi üçün Vaşinqtonla aparılan bir neçə raund danışıqlara baxmayaraq, Aİ hələ də mühüm irəliləyişə nail ola bilməyib. Brüssel ABŞ prezidentini Aİ-yə qarşı cari və planlaşdırılan tarifləri ləğv etməyə inandırmaq məqsədilə ABŞ-nin təyyarə və avtomobil ixracatına tariflər tətbiq etməyi düşünür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ     Çin  





Xəbər lenti