Bu dəfə Akopyanın bahalı geyimi tənqid olundu |
"Hər şey şəffaf olmalı idi ki, hamı startapçı qadınların hansı sahibkar tərəfindən və niyə dəstəkləndiyini görsün və ya eşitsin. Ancaq şam yeməyi qapalı formatda keçirilib mətbuat üçün də açıq olmayıb. Ziyafətdən iki gün sonra, dünən gecə qadınlardan ibarət iş adamlarının baş nazirin həyat yoldaşı ilə bir arada olmasına dair video yayıldı. Lakin yayımlanan videodan aydın olur ki, iştirakçıların sayı 40-45 nəfərə güclə çatıb. Məcis iştirakçılarının arasında təkcə işgüzar qadınlar deyil, onların köməkçiləri, işçilər, qohumlar və Anna Akopyanın xidmətçiləri də olub".
Qeyd edilir ki, toplantıda bir sıra tanınmış iş adamları ilə yanaşı onların ailələri də olub. Bunlar Samvel Aleksanyanın nənəsi, Şoqerinin həyat yoldaşı, qızları, "Astxik"in direktorunun arvadı, Asatur Asatryanın bacısı, MAVI-nın direktoru Hasmik Raşoyan, “Lara” şokolad qalereyasının direktoru, "Daymon" restoranının direktoru Narine Laura Nahapetyan, Xaçatur Sukiasyanın qızı Çarçyan, “Teyan” şirkətinin təsisçisi Astqiq Qalstyan, “Anna-tea” şirkətinin təsisçisi Anna Saakyan və başqaları iştirak edib: "Qadınlar nəinki nahar ediblər, həm də əyləniblər".
Tural Tağıyev
AzVision.az