İstehlakçılara qaytarılan ƏDV-nin həcmi açıqlanıb

İstehlakçılara qaytarılan ƏDV-nin həcmi açıqlanıb
  08 May 2024    Oxunub:935
2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 59,2 milyon manatı fiziki şəxs istehlakçılara qaytarılıb.
Dövlət Vergi Xidmətindən AzVision.az -a bildirilib ki, ölkədə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin "ƏDV geri al" layihəsi çərcivəsində qaytarılan həcmi isə yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib.

AzVision.az


Teqlər: ƏDV  





Xəbər lenti