Azay Quliyev Monteneqro parlamentinin sədri ilə görüş keçirib - FOTOLAR

   Azay Quliyev Monteneqro parlamentinin sədri ilə görüş keçirib -    FOTOLAR
  05 May 2025    Oxunub:440
Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev Monteneqro Parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada görüş keçirib.
AzVision.az xəbər verir ki, O bu barədə Facebook hesabında paylaşım edib. “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürümü bildirdim" - deyə o, qeyd edib.



Azay Quliyev ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardığını bildirib.



AzVision.az



Teqlər:





Xəbər lenti