Türkiyə Superliqasında “Beşiktaş” qalib gəlib

Türkiyə Superliqasında “Beşiktaş” qalib gəlib
  04 May 2025    Oxunub:454
Futbol üzrə Türkiyə Superliqasında XXXIV turun mərkəzi oyunu keçirilib.
Çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Getson Fernandeş vurub.

Bu nəticədən sonra "sarı lacivərdlilər" 75 xalla ikinci, "qara qartallar" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti