Azərbaycan gimnastı Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycan gimnastı Avropa Kubokunda bürünc medal qazanıb
  04 May 2025    Oxunub:497
Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
O, halqalarla hərəkətlərin icrasında 24.400 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu proqramda ukraynalı Qoraşçenko Lyubov qızıl, polşalı Ksenia Zizyik gümüş mükafata yiyələnib.

Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti